waplog

“Volvo” və “Uber” avtonom avtomobil təqdim edib


ABŞ-ın "Uber" taksi sifarişi xidməti və İsveçin "Volvo Cars" avtomobil istehsalçısı "Volvo XC90" yolsuzluq avtomobili əsasında avtonom avtomobil təqdim edib. Bu barədə "Volvo" şirkətinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, məlumata görə, "Volvo XC90" yolsuzluq avtomobili "Uber" proqram təminatı ilə uyğunluq təşkil etməklə sürücünün iştirakı olmadan hərəkət edən ilk seriyalı maşın olacaq.

 

Bildirilir ki, avtonom idarəetmə üçün "Uber" proqram təminatı "Volvo XC90" baza komplektləşdirməsinin sürücüsüz texnologiyanın quraşdırılmasına görə bütün zəruri təhlükəsizlik sistemlərinə malik olması ilə əlaqədar avtomobilə asanlıqla inteqrasiya edilib.

 

Sürücüsüz avtomobil sisteminə sükan və tormozlama idarəetməsi üçün bir neçə yardımçı sistem, eləcə də ehtiyat akkumulyator daxildir. Yardımçı sistemlər əsas sistemlərin sıradan çıxması halında avtomobilin dayandırılması üçün nəzərdə tutulub.

 

Bundan başqa, avtonom avtomobil şəhər hüdudlarında təhlükəsiz hərəkət üçün lazım olan sensorlar dəsti ilə təchiz edilib.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL