Smartfonlar üçün prosessorların satışları 108% artıb
2011-ci ilin birinci rübündə dünya bazarında smartfonlar üçün tətbiqi prosessorların satışları keçənilki göstəricini 108% ötərək 1,68 milyard dollara çatdı. Bu barədə “Strategy Analytics” firmasının tədqiqat hesabatında bildirilib. Bazarda “Qualcomm”, “Texas İnstruments” (TI), “Samsung Electronics”, “Marvell Technology” və “Nvidia” şirkətləri liderlik edir.
Qeyd etmək lazımdır ki, bir çox illər ərzində TI "ağıllı" telefonlar üçün tətbiqi prosessorların satışları üzrə liderliyi saxlayırdı, amma 2010-cu ilin dördüncü rübündə birincilik “Qualcomm”a keçib. “Qualcomm” öz mövqelərini bərkidib.
“Qualcomm” artımının əsas səbəbi “Snapdragon” prosessorlarıdır. Bu prosessorlar smartfon seqmentində şirkətin bütün çiplərinin 22% -ni təşkil edir. “Snapdragon” prosessorları hesabına “Qualcomm” öz prosessorlarının orta dəyərini yüksək səviyyədə saxlamağa müvəffəq olur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL