waplog

“Google” planşet istehsalından imtina edib


“Google” şirkəti planşet istehsalından imtina edib. Bu haqda iyunun 20-də şirkətin vitse-prezidenti Rik Osterlox öz “Twitter” mikrobloqunda məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, “Google”un istehsalçılar komandası “Pixelbook” noutbuklarının hazırlanması ilə məşğul olacaqlar.
 
Osterlox bildirib ki, “Google” şirkəti noutbuk və planşetlər üçün “Chrome OS” əməliyyat sisteminin dəstəyini dayandırmağa hazırlaşmır.
 
Xatırladaq ki, “Google” şirkəti 2018-ci ilin oktyabrında 12,3 düymlük ekranla təchiz edilmiş “Pixel Slate” planşetini təqdim edib. Qurğu 8 meqapiksellik kamera və təsvirin dəqiqliyini təmin edən ekranla təchiz edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL