waplog

Kometaların tədqiqi üçün üç modullu zond hazırlanır


Avropa Kosmik Agentliyi (ESA) kometaların tədqiqi üçün üç modulla təchiz edilən kosmik gəmi hazırlamağa başlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, əvvəlki kometa missiyalarından fərqli olaraq yeni kosmik aparat Günəş istiliyi öz təsirini göstərməzdən əvvəl kometanın şəkillərini çəkmək və onu öyrənmək imkanına malik olacaq. Pilotsuz aparat Yer sahəsinin Yer və Günəşin cazibə qüvvəsinin mövcud olduğu və kometanın mərkəzdənqaçma qüvvəsinin ideal tarazlaşdırıldığı 1,5 milyon km məsafəsində dayanacaq. Bu, aparata kometanı Yerə doğru istiqamət götürən zaman identifikasiya edilənədək yerində olmağa imkan verəcək. Sonra gəminin hər üç modulu kometaların ələ keçirilməsi ilə məşğul olaraq onunla rastlaşmağa bir neçə həftə qalmış bölünəcək.

 

Bildirilir ki, yeni aparatın hər üç kamerası və elmi cihazları kometanın maqnit sahəsini, doldurulmuş hissəciklərini, qaz və toz tərkibini ölçəcək. Bu məlumatlar əsasında astronomlar, həmçinin kometaların qayıtmasını proqnozlaşdıra və Yerdə onları ətraflı öyrənə və ya pilotsuz tədqiqatlar təşkil edə biləcəklər.

 

Kometaların tədqiqi üçün yeni zond London Universitet Kolleci və Edinburq Universitetinin ekspertlərinin iştirakı ilə Britaniya alimlərinin təşəbbüsüdür.

 

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL