waplog

“Google” 800 milyon istifadəçini itirə bilər


"Huawei" şirkətinin qurucusu və faktiki direktoru Ren Çjenfey "CNBC" televiziya kanalına müsahibəsində deyib ki, Çin şirkəti öz qurğularına "Android" sistemini quraşdırmaqdan imtina etdiyi halda "Google" 700-800 milyon istifadəçidən məhrum ola bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, Ren Çjenfey deyib ki, "Huawei" şirkəti "Android" platformasını başqası ilə əvəz etmək istəməzdi, çünki bu halda şirkətin artım tempi zəifləyəcək. Ancaq bu problem müvəqqətidir, artıq bir neçə il sonra "Huawei" əvvəlki inkişaf sürətinə geri qayıdacaq.

 

Çin və ABŞ arasında ticarət münasibətlərinin kəskinləşməsi fonunda "Huawei" şirkəti ABŞ Ticarət Nazirliyinin qara siyahısına daxil edilib. Bundan sonra "Google" korporasiyası "Huawei" ilə əməkdaşlıqdan imtina edib və buna görə şirkət "Android" əməliyyat sisteminin dəstəyindən məhrum olub.

 

Bu o deməkdir, "Android" sisteminin növbəti yeniləməsindən sonra Çin smartfonlarının sahibləri "Google"un proqramlarına (elektron poçt, "Chrome" brauzeri, "YouTube", "Google Play" proqramlar mağazası) girişdən məhrum olacaqlar.

 

2019-cu ilin ikinci yarısında "Huawei" öz əməliyyat sistemini təqdim etməyi planlaşdırır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL