waplog

İKT bazarının əsas oyunçuları bəlli olub


Üçüncü rübün nəticəsinə əsasən, “Samsung” şirkəti ən böyük smartfon istehsalçısı olub, “Android” əməliyyat sisteminin payı isə 50%-i ötüb, “Gartner” analitik şirkətinin dünən dərc edilmiş hesabatında qeyd olunub.

“Gartner” şirkətinin analitiklərinin hesablamalarına əsasən, üçüncü rübdə 115 milyon smartfon satılıb. Bu göstərici keçən ilin analoji göstəricisi ilə müqayisədə 42% çoxdur. Lakin üçüncü rübdə satış artımı ikinci rüb ilə müqayisədə azalıb.

“Gartner” şirkəti bunu 2 əsas amillə əlaqələndirib: birincisi, dünya iqtisadiyyatındakı vəziyyət elektron yeniliklərə yeni xərclər ayırmağa imkan yaratmır, ikincisi, bir çox alıcıların, istehsalçıların adətən yenilikləri ilin sonuna tədarük etmələrinə əsaslanaraq az satış etmələri.

“Gartner” şirkətinin baş analitiki Robert Kossa bildirib ki, üçüncü rübün nəticəsinə əsasən, “Samsung” şirkəti ən böyük smartfon istehsalçısı, “Android” isə ən populyar əməliyyat sistemi olub.

“Samsung” hesabat rübündə 24 milyon smartfon satıb. Bu göstərici (24 milyon) 1 rüb əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. Hesabat rübündə “Android” əməliyyat sisteminin payı isə 52,4% təşkil edib. Satılmış 115 milyon smartfondan 60,5 milyonu “Android” əməliyyat sisteminin bu və ya digər versiyasına əsaslanır.

Dünya miqyasında ikinci ən böyük smartfon satıcısı Finlandiyanın “Nokia” şirkəti olub. “Nokia” üçüncü rübdə 19,5 milyon smartfon satıb, onların çox hissəsi “Symbian” əməliyyat sistemi əsasında işləyir və “Symbian” əməliyyat sisteminin payı 17% təşkil edib.

Bu əməliyyat sistemi əsasında olan smartfonlar əvvəlki kimi Şərqi Avropa və Yaxın Şərqdə məşhurdurlar. “Nokia Lumia” smartfonları artıq Almaniyada satılır və tezliklə İtaliya, Hollandiya, Fransa, İspaniya və Böyük Britaniyada satılmağa başlayacaq.

Eyni zamanda, “Windows Phone” əməliyyat sisteminin bazar payı hələ ki yalnız 1,5% təşkil edir, “Gartner” şirkəti bildirib. “Apple” sirkətinə gəldikdə isə bu şirkət üçüncü rübdə 17 milyon “iPhone” satıb. Bu göstərici (17 milyon) 1 il əvvəl ilə müqayisədə 21% çoxdur, lakin 1 rüb əvvəl ilə müqayisədə isə 3 milyon azdır.

Azalma ehtimal ki, istifadəçilərin “iPhone 4S” smartfon satışlarının başlanmasını gözləmələri ilə bağlıdır. “Gartner” şirkəti proqnozlaşdırır ki, “iPhone” satışları dördüncü rübdə revanş götürəcək. Tayvanın “HTC” şirkəti üçüncü yeri tutub.

ABŞ və Kanadada məşhur olan “Research in Motion” şirkətinin “BlackBerry” smartfonlarının bazar payı müvafiq olaraq 10% və 11% təşkil edir. “RİM” şirkəti üçüncü rübdə “BlackBerry OS” əsasında 12,7 milyon yeni smartfon satıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL