Dezoksiribinuklein turşusu ardıcıllığından istifadə edən yığcam daşıyıcı təqdim edilib
Amerikalı mühəndislər fləş yaddaş əvəzinə dezoksiribinuklein turşusu ardıcıllığından istifadə edən yığcam daşıyıcı təqdim ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Catalog” startapı tərəfindən keçirilmiş sınaqda entuziastlar ümumi tutumu 16 QB təşkil edən "Vikipediya"nın bütün səhifələrini DNT-nin sintetik saplarından hazırlanmış xüsusi "fləş karta" yerləşdiriblər. Yeniliyin ölçüsü analoqlarla müqayisədə kiçik olsa da, daha etibarlıdır: min il bundan əvvəl ölmüş heyvanların DNT-si bu günə kimi "oxunaqlığını" qoruyub saxlayır.
Mütəxəssislər molekulyar zondların köməyi ilə DNT ardıcıllığının istənilən hissəsindən informasiyanı oxuya bilərlər. "Diskə" yazma sürəti 4 MB/s təşkil edir, layihə müəllifləri gələcəkdə bu göstəricini 3 dəfə artırmağı və gün ərzində fləş karta 125 QB-dək məlumat yazmağı planlaşdırırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL