waplog

“Xiaomi” şirkəti yeni “CC9” smartfonunu təqdim edib


“Xiaomi” şirkəti yeni “Mi CC9” smartfonunu və onun ucuz versiyasını – “Mi CC9e” təqdim edib. “Mi CC9” smartfonunun qiyməti 260 dollar, onun sadələşdirilmiş versiyasının qiyməti isə 188 dollar təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Mi CC9” smartfonu 6,3 düym diaqonala və Full HD+ təsvir ölçüsünə malik displey, üçqat əsas kamera və “selfi” üçün kamera, 4030 milliamper/saat tutumlu akkumulyator batareyası, həmçinin “Snapdragon 710 SoC” prosessoru ilə təchiz edilib. Aparat 6 QB-lıq əməli və 128 QB-lıq daxili yaddaşa malikdir.
 
Smartfonun ucuz versiyası 6 düymlük HD+ təsvir ölçüsünə malik displey və “Snapdragon 665” prosessoru ilə təchiz edilib. Hər iki telefon qara, ağ və göy rənglərdə əlçatan olacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL