waplog

“LG G8s ThinQ” smartfonu satışa çıxarılır


“LG” şirkəti “Mobile World Congress (MWC) 2019” sərgisində “LG G8 ThinQ”, “G8s ThinQ” və “LG V50 5G” smartfonlarını nümayiş etdirib. İyunun sonunda Tayvanda rəsmən təqdim edilən “LG G8s ThinQ” modeli isə hazırda dünya bazarına çıxarılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, “LG G8s ThinQ” smartfonu 2248 х 1080 piksel təsvir ölçülü 6,21 düym diaqonallı ekranla təchiz edilib.
 
Birkristallı “Qualcomm Snapdragon 855” sistemi üzərində qurulan smartfon 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. 3550 milliamper/saat tutumlu akkumulyator 18 vatlıq sürətli enerji toplamanı dəstəkləyir.
 
Əsas kameraya 12, 12 və 13 meqapikselli təsvir ötürücüləri quraşdırılıb. Ön kameraya isə 8 meqapikselli təsvir ötürücüsü və “time of flight” modulu daxildir.
 
Smartfon hər iki tərəfdən “Gorilla Glass 5” qoruyucu şüşəsi, eləcə də “IP68” standartı üzrə mühafizə və ABŞ-ın “MIL-STD-810G” hərbi standartının tələblərinə uyğunluqla təchiz olunub.
 
Yaxın vaxtlarda Avropa, Asiya, Yaxın Şərq və digər regionlarda satışa çıxarılacaq “LG G8s ThinQ” smartfonunun qiyməti hər ölkə üçün ayrıca elan ediləcək.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL