waplog

Miniatür robot transformer yaradılıb (VİDEO)


Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları müxtəlif vəzifələrin icrası üçün xarici görünüşünü dəyişərək müstəqil şəkildə yenidən qurulan robot yaradıblar. Perspektivdə onun tamamlanaraq miqyasının böyüdülməsi planlaşdırılır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, robotun əsasını 20 amin turşusundan ibarət həyat formalarının yaradılması prinsipi təşkil edir. Bu yanaşma əvvəllər robot texnikasında tətbiq edilməyib. Robotun yaradılması zamanı professor Nil Qerşenfeld və tələbə Uill Lenqford məhdud metal dəstindən istifadə ediblər. Qurğu bu və ya digər şəraitdə lazım olan mexanizmə çevrilən beş kiçik əsas seqmentlə təchiz edilib. Yenidən qurulma insanın iştirakı olmadan həyata keçirilir.
 
Hazırda institut tədqiqatçıları tərəfindən yaradılan robot primitiv əzələ hərəkətlərini təkrarlayır, dişli çarxları döndərir və öz çəkisini yeddi dəfə üstələyən ağırlıqda yük qaldırır.
 
Layihənin gələcək inkişaf nümunəsi kimi Nil.Qerşenfeld elektron qurğu və mexanizmləri müstəqil çap edən üçölçülü printerləri göstərib. Alimin fikrincə, məhz belə həllər robot texnikasını sadə istifadəçiyə daha da yaxınlaşdırmağa imkan verir.

Nizam Nuriyev 

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL