ASE şirkəti Qubada filial açacaq
Əsas fəaliyyəti bütün nəqliyyat vasitələri ilə “qapıdan qapıya” prinsipi ilə beynəlxalq yüklərin çatdırılmasını və kuryer xidmətini təşkil etmək olan Türkiyənin ASE şirkətinin Azərbaycan nümayəndəliyi Qubada yeni ofis açmağı planlaşdırır.
Bu barədə ICTnews-ə məlumat verən nümayəndəliyin rəhbəri Rəşad Abbasov bildirdi ki, Naxçıvanın ardınca Gəncədə filial açan şirkət bu qərarında israrlıdır. Onun sözlərinə görə, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə başlanan inkişaf bütün sahələrin, o cümlədən, özəl poçt sektorunun inkişafına şərait yaratmışdır. Hazırda şirkətin dünyanın 200-dən çox, o cümlədən, qeyd etdiyimiz kimi, Azərbaycanda nümayəndəliyi var.
Qeyd edək ki, beynəlxalq kuryer xidməti, kiçik və böyük qabaritli yüklərin (qapıdan qapıya) hava nəqliyyatı ilə daşınması, yüklərin “qarışıq yük” rejimində tirlərlə daşınması, gömrük xidməti, kollekt yükün anbarlanması və sığortası xidmətlərini təmin edən şirkət Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL