waplog

Çin 2020-ci ildə Marsa ilk tədqiqat missiyası göndərməyi planlaşdırır


Çin 2020-ci ildə Marsa ilk tədqiqat missiyasını göndərməyi planlaşdırır. Artıq alimlər kosmik aparat üzərində bütün işləri bitiriblər. Bu haqda Çinin "Global Times" nəşri yazıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, 5-7 iyul tarixlərində Jiçjao (Şandun əyaləti) şəhərində keçirilmiş peyk və kosmos üzrə konfransda hazırlanmış kosmik aparat haqda məlumat verilib.  Sözügedən aparatın əsas vəzifəsi planetdə həyat əlamətləri axtarmaqdan ibarətdir. Həmin aparat Marsda atmosferi, landşaft, geoloji və maqnit xüsusiyyətlərini araşdıracaq.
 
Bundan başqa missiya zamanı, həmçinin insanın Mars planetinə uyğunlaşıb yaşaya bilməsi potensialı qiymətləndiriləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL