“Facebook”da ehtiyatlı olun
“Facebook” sosial şəbəkəsində milyonlarla hesab virus qurbanı olub. Virus nəticəsində şəxsi səhifələrdə pornoqrafik şəkillər peyda olub.
İstifadəçilər nəinki “Facebook” administrasiyasına şikayət edirlər, həm də bu vəziyyəti “Twitter”də fəal müzakirə edirlər. Bir çoxları öz hesablarını bağlamaq niyyətindədirlər.
“Facebook” administrasiyasından qeyd ediblər ki, şirkət araşdırma aparır. Şayiələrə əsasən, kütləvi hücumun arxasında məşhur haker qruplaşması olan “Anonymous” durub. Lakin hələlik bu hadisədə sözügedən qrupun iştirakı sübut edilməyib. Mütəxəssislər istifadəçilərə hesab sazlamalarında məxfilik səviyyəsini artırmağı tövsiyə ediblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL