waplog

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən 24 min mənzil optik şəbəkəyə keçirildi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin beynəlxalq standartlarla  təqdim edilməsi istiqamətində yaşayış binalarının optik şəbəkəyə keçidi prosesini davam etdirir.
 
Aprel ayından etibarən “Evədək optika” layihəsinin ikinci mərhələsi üzrə Yasamal, Xətai, Nizami, Sabunçu və Qaradağ rayonlarında yerləşən köhnə və yeni tikililərdəki 24 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib.
 
 İnternet avadanlıqlarla pulsuz təmin olunan sakinlər keyfiyyətli multimedia xidmətlərinə qoşulub.
 
Sakinlər üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılıb.
 
Qeyd edək ki, “Evədək optika” layihəsi tətbiq olunan yaşayış binalarında məlumat lövhələri yerləşdirilərək sakinlər öncədən məlumatlandırılır. Onların sürətlə qeydiyyata alınmasına və optik şəbəkəyə çıxışına imkan yaradılır. Eyni zamanda paytaxt sakinləri 24/7 fəaliyyət göstərən “155” Vahid Çağrı Mərkəzinə zəng etməklə ünvan üzrə layihənin əhatə dairəsi haqqında məlumat əldə edə bilərlər.
 
Məlumat üçün bildirək ki, ilin sonunadək 150 minlik optik infrastruktur istifadəçilərin istismarına təqdim olunacaq.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL