waplog

Yeni insanabənzər robot jest dilində danışır


İspaniyanın robot texniklər qrupu jest dilində danışan "TEO" adlı insanabənzər robot yaradıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, modelləşdirmə vasitəsilə xüsusi proqram ispan jest dilinin konkret işarələrini ifadə etmək üçün robotlaşdırılmış barmaqların hər falanqasının konkret vəziyyətini göstərir. Tədqiqatın məqsədi robotun hərəkətlərini müəyyən jestə bənzətməklə yanaşı, həm də onu təbii etmək olub. Müxtəlif neyron şəbəkə tipi sınaqdan keçirilib ki, bu da jest dilinin köməyi ilə ünsiyyət quran insanlar tərəfindən yaxşı qavranılan nisbətən asan anlaşılan variantı seçməyə imkan verib.
 
Hazırda "TEO" robotu jest dilinin əlifbasını, eləcə də ev işləri ilə bağlı əsas lüğəti mənimsəyib. Robotun lüğət ehtiyatını genişləndirməsi və tamamlanmış cümlələrdən istifadə etməyə başlaması məqsədilə sistemin təkmilləşdirilməsi davam etdirilir. Perspektivdə robotdan eşitmə və nitq funksiyası pozulmuş insanlara ev işlərində köməkçi kimi istifadə planlaşdırılır.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL