“Dropbox” tutumu 100 QB-dək olan faylların sürətli mübadiləsini reallaşdırıb
“Dropbox” “bulud” xidmətində istifadəyə verilmiş “Dropbox Transfer” adlı yeni funksiya tutumu 100 QB-dək olan faylları paylaşmağa imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, faylları “Dropbox” xidmətində saxlamaq üçün ora yükləmək və sonra həmin faylın linkini göndərməkdən fərqli olaraq, yeni seçim kompüter və ya “bulud” qovluğundan faylları xüsusi pəncərəyə daşımağa imkan verir. Yükləmədən sonra generasiya edilmiş link vasitəsilə həmin faylı yükləmək olar. Həmçinin linki parolla qorumaq və onun davametmə müddətini təyin etmək mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL