waplog

“Samsung Galaxy A90 5G” smartfonu qabaqcıl prosessorla təchiz ediləcək


"Geekbench" saytında indiyədək nümayiş olunmayan "Samsung Galaxy A90" smartfonunun sınaqlarının nəticələri dərc edilib. Bunun sayəsində qurğunun bir sıra texniki xüsusiyyətləri barədə məlumat əldə etmək mümkün olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, məlumata görə, "Galaxy A90" modeli "4G" və "5G" versiyalarında təqdim ediləcək. Saytda beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən variant test edilib. Smartfona qabaqcıl "Snapdragon 855" prosessoru və 6 giqabaytlıq operativ yaddaş quraşdırılıb. Qurğu birnüvəli testdə 3458 bal, çoxnüvəlidə isə 10 852 bal toplayıb. Bu nəticə 2019-cu ilin ən yaxşı "Android" sistemli smartfonları ilə müqayisə edilə bilər.
 
Bundan başqa, Cənubi Koreyada "Galaxy A90" modeli üçün 4580 milliamper/saat tutumlu akkumulyator sertifikasiyadan keçib. Lakin hazırda onun smartfonun hansı versiyası üçün nəzərdə tutulduğu məlum deyil.
 
Bildirilir ki, "Galaxy A90" smartfonu "Full HD+" təsvir ölçülü 6,7 düym diaqonallı ekran və 8, 12 və 5 meqapiksel modullu 3 kamera ilə təchiz ediləcək.
 
"Samsung Galaxy A90 5G" smartfonunun təqdimat tarixi və qiyməti hələ ki açıqlanmayıb.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL