waplog

“3D” printerlə “Lamborghini Aventador” avtomobili çap edilib


Avstraliya fiziki Sterlinq Bekus və onun oğlu İtaliyanın “Lamborghini Aventador” şirkətinin avtomobilini üçölçülü printerlə çap ediblər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, məlumata görə, onlar gün ərzində 1 saat çalışmaqla bu işin görülməsinə 18 ay sərf ediblər. Layihəyə isə ümumilikdə 20 min dollar xərclənib.
 
Bildirilir ki, avtomobilin bütün detalları “3D” printer vasitəsilə çap edilməyib. Belə ki, yan güzgülərin şüşələri, sükan çarxı və ötürücülər orijinal “Lamborghini Aventador” versiyasından götürülüb.
 
Bundan başqa, avtomobilin kapotu altında 6,5 litrlik mühərrik əvəzinə, həcmi 5,7 litr təşkil edən “Chevrolet Corvette” motoru quraşdırılıb.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL