“Samsung Galaxy Note 10” smartfonunun rəsmi fotoşəkilləri dərc edilib
İnternetdə qabaqcıl "Samsung Galaxy Note 10" smartfonunun ilk rəsmi fotoşəkilləri dərc edilib. Qurğunun avqustun 7-də təqdim ediləcəyi gözlənilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Korrespondent www.korrespondent.net" resursuna istinadən yazır ki, şəkillərdən smartfonun 6,75 düym diaqonallı plyus və 6,3 düym diaqonallı standart versiyasının xarici görünüşü məlum olub. Onlar ölçülərlə yanaşı, arxa kameralara görə fərqlənir: böyük modelin arxa panelində üç obyektiv və işıqlandırıcıdan başqa daha iki sensor görünür. Bunun kadr dərinliyinin dəqiq xəritəsinin qurulması üçün lazım olan "ToF" kamerası olduğu ehtimal edilir. Ön kamera ekranın yuxarı hissəsinin ortasına quraşdırılıb.
Bildirilir ki, yeni qurğu danışıq dinamikləri ilə təchiz edilməyəcək, rezonatorlar əvəzinə isə smartfonun ekranından istifadə olunacaq.
"Samsung Galaxy Note 10" smartfonunun təxmini qiyməti 1100-1200 dollar təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL