Rabitəçilərin “Nabran” istirahət zonası yenidən qurulub
RİTN Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (RİMHİRK) “Nabran” istirahət bazası tamamilə yenidən qurularaq rabitəçilərin ixtiyarına verilib. Bu barədə ICTnews-ə açıqlama verən RİMHİRK-nin sədri Seymur Orucovun verdiyi məlumata görə, ən müasir şəraitlə təmin olunmuş 2 mərtəbəli 9 korpusdan ibarət düşərgədə mövsüm zamanı 400-450 rabitəçi istirahət edə bilir. Son illərdə təmir olunmaması səbəbindən yararsız hala düşmüş binaların xarici və daxilində təmir işləri aparılaraq otaqlar yeni yataq dəstləri ilə təmin edilib.
İlk dəfə olaraq istirahətə gələnlərin qaldığı otaqlar sərinkeş və televizorlar, peyk antenləri ilə təmin olunub. Bazanın tərkibində yerləşən yeməkxananın işi yenidən qurularaq, bütün avadanlıqlar və servislər tamamilə yenilənərək müasir tələblər səviyyəsinə gətirilib. Sədr daha sonra qeyd etdi ki, istirahət zonasında rabitəçilərin rahat dincəlməsi üçün müasir mini-futbol, volebol və basketbol sahələri yaradılıb.
Bundan başqa həyətyanı sahəyə yeni asfalt ortüyü döşənərək müasir besetkalar qurulub ki, rabitəçilərin şahmat, dama və domino oynayıb asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaradılıb.
Qeyd edək ki, RİTN-lə RİMHİRK arasında bağlanmış sahə kollektiv müqaviləyə əsasən rabitəçilərin istirahət mərkəzində istirahət etməsi üçün hər biri 12 gündən ibarət olan göndərişin məbləğinin 50 faizini müəssiə, qalan 50 faizini isə RİMHİRK özü ödəyir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL