waplog

“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib


“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istifadəçilərin nəşrləri altında laykların sayını gizlətməyə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, indi laykların sayı adıçəkilən ölkələrdə yalnız nəşrin müəllifi üçün əlçatandır.

 

Laykların sayı internetdə zorbalıq və öyünmək kimi problemləri aradan qaldırmaq üçün gizlədilib. Bu qərar istifadəçiləri daha çox post hazırlamağa və öz səhifələrini daha populyar səhifələrlə müqayisə etməməyə motivasiya etməlidir.

 

Belə yanaşma uğurlu olduğu halda digər ölkələrdə də tətbiq olunacaq.

 

Şəkil və videoçarxların nəşri üçün nəzərdə tutulmuş “Instagram” xidməti 2010-cu ilin oktyabrında istifadəyə verilib. Sözügedən xidmət öncə yalnız “Apple” şirkətinin qurğuları üçün nəzərdə tutulmuşdu, amma 2012-ci ilin aprelindən etibarən “Android” platformasının istifadəçiləri üçün də əlçatan olub. Həmin il “Facebook” şirkəti “Instagram”ı 1 milyard dollara satın alıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL