waplog

Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq


Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə maliyyə dəstəyi göstərəcəyini açıqlayıb. Seçim mərhələlərindən uğurla keçən şirkətlərə 100-500 min funt-sterlinqi (124-621 min dollar) ayrılması nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, enerjidən istifadə və saxlanılma üzrə rəqəmli həllərin hazırlanmasının dəstəklənilməsinə ayrılan ümumi fond 3 milyon funt-sterlinq (3,7 milyon dollar) təşkil edəcək. Əsas məqsəd “ağıllı” İT sistemləri vasitəsilə şəbəkədə bərpa olunan enerjinin qeyri-bərabər bölüşdürülməsi ilə bağlı problemi həll etməkdir. İri şirkət və startapların iştirak edəcəyi layihənin iyulun sonunda rəsmən istifadəyə verilməsi planlaşdırılır.

 

Mümkün investisiya istiqamətləri sırasına enerji sistemlərinin proqram təminatının monitorinqi əlavələrinin hazırlanması, yerli və milli enerji şəbəkələri arasında inteqrasiyanın yaxşılaşdırılması və enerji hasilatının real vaxt rejimində bütün şəbəkə səviyyəsində optimallaşdırılması daxildir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL