waplog

ABŞ-da iri İT şirkətləri ilə bağlı araşdırmalara başlanılıb


ABŞ Ədliyyə Nazirliyi iri informasiya texnologiyaları (İT) şirkətləri ilə bağlı antiinhisar təhqiqatına başlayıb. Məlumat dərc edildikdən sonra "Alphabet" (Google şirkətinin sahibi), "Amazon" və "Facebook" şirkətlərinin səhmləri ucuzlaşmağa başlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, nazirliyin rəsmi məlumatında konkret şirkətlər – araşdırmanın fiqurantları göstərilməsə də, internet axtarışı, sosial şəbəkələr və internet ticarəti bazarlarında dominantlıq edən böyük platformaların fəaliyyətinin təhqiqatı ilə bağlı planlar qeyd olunur. Ədliyyə Nazirliyi nümayəndələrinin fikrincə, onlar rəqabəti məhdudlaşdırır, innovasiyaların inkişafına mane olur və istifadəçi maraqlarına zidd fəaliyyət göstərirlər.

 

"Bazar rəqabətinə təsirli intizam olmadan rəqəmli platformalar istehlakçıların tələblərinə cavab verməyən üsullarla fəaliyyət göstərə bilərlər. Nazirliyin antiinhisar təhqiqatı bu vacib məsələləri öyrənəcək", – Ədliyyə Nazirliyinin antiinhisar bölməsinin rəhbəri, Baş prokurorun müavini Məkan Delrəhim rəsmi bəyanatda bildirib.

 

Qeyd edək ki, son vaxtlar həm Respublikaçılar, həm də Demokratlar partiyalarının siyasətçiləri "Google", "Facebook" və "Amazon" şirkətlərinin iqtisadiyyatın özlərinə aid sahələrində artan təsirindən, nəzarətlərində olan böyük istifadəçi məlumatlarının saxlanılmasından narahatlıq ifadə edirlər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL