waplog

“Samsung Galaxy Note10” smartfonu “Smart ISO” sistemi ilə təchiz ediləcək


İnternetdə qabaqcıl "Samsung Galaxy Note10" smartfonu barədə məlumatlar dərc edilməkdə davam edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, yeni məlumatlara görə, "Samsung Galaxy Note10" smartfonunun əsas kamerası "Galaxy S10" modelinin malik olmadığı yeni funksiya ilə təchiz ediləcək. Belə ki, yeni qurğuda "AI ISO" və ya "Smart ISO" adlı sistem tətbiq ediləcək.

 

Bildirilir ki, "Samsung" şirkəti süni intellekt sistemindən istifadə etmək niyyətindədir. Yeni intellektual sistem işıqlandırmadan asılı olaraq müxtəlif şəraitlərdə çəkiliş zamanı "ISO" rəqəmini avtomatik tənzimləyəcək. Bundan başqa, istehsalçı tərəfindən qeydiyyatdan keçirilən patentlərin təsvirində qeyd olunur ki, sistem müxtəlif şəraitlərdə çəkilişlər zamanı istifadəçinin üstünlüklərini yadda saxlayaraq vaxt ötdükcə təkmilləşdirə biləcək.

 

Xatırladaq ki, əvvəlki informasiyaya görə, "Samsung Galaxy Note10" smartfonunun əsas kamerası mexaniki yolla tənzimlənən üç dəyişkən diafraqma rəqəminə malik olacaq. "F/1,5" və F/2,4 ilə yanaşı, F/1,8 aralıq diafraqma rəqəmi əlavə olunacaq.

 

"Samsung Galaxy Note10" smartfonunun təqdimatı avqustun 7-nə planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL