“İntel”dən az enerji istehlak edən yeni prosessorlar
“İntel” korporasiyası portativ kompyuterlər üçün mikroprosessorlar siyahısına 4 yeni model — “Core i5-2557M”, “Core i7-2637M”, “Core i7-2677M” və “Celeron 847” əlavə edib.
Bütün çiplər 32 nanometr texnologiya üzrə hazırlanıb, iki nüvəyə malikdir və eyni zamanda dörd təlimat axınını emal etməyə qadirdir. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 17 Vatt-a bərabərdir.
“Core i7-2637M” və “Core i7-2677M” modelləri müvafiq olaraq 1,7 və 1,8 QHz takt tezliyində işləyir və 4 MB keş-yaddaş ilə təchiz edilib. “Core i5-2557M” prosessorunun tezliyi 1,7 QHz təşkil edir; keşin həcmi 3 MB-dır. “Celeron 847” çipi üçün bu göstəricilər 1,1 QHz və 2 MB-a bərabərdir.
Böyük partiyalarda 1000 ədəd “Celeron 847”, “Core i5-2557M”, “i7-2637M” və “i7-2677M” prosessorları müvafiq olaraq 134, 250, 289 və 317 dollara təklif edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL