Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ABŞ səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Li Litzenberqerlə görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair məsələlər müzakirə edilib.
Eyni zamanda, lisenziyalı proqram təminatı ilə bağlı ölkəmizdə görülmüş işlər, bu sahədə planlaşdırılan layihələr, o cümlədən ABŞ-ın "Microsoft" və "Oracle" kimi nüfuzlu şirkətləri ilə birgə əqli mülkiyyət hüquqlarının qorunması və kibertəhlükəsizlik mövzularında maarifləndirici tədbirlərin təşkili barədə danışılıb.
Görüşdə həmçinin "BakuTel-2019" 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Amerika Birləşmiş Ştatlarının texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı ABŞ Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL