waplog

Yeni kontakt linzalar iki dəfə göz qırpma vaxtı təsvirin miqyasını böyüdür


Kaliforniya Universitetinin alimləri tərəfindən hazırlanmış kontakt linzalar istifadəçinin komandası üzrə təsvirin miqyasını böyüdə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, kontakt linza gözlərin hərəkəti ilə idarə olunur. İnsan öz istəyi ilə görünən təsvirin miqyasını böyüdə bilər. Bunun üçün iki dəfə göz qırpmaq lazımdır, yumşaq biometrik qurğu isə göz qapaqlarının hərəkəti vaxtı yaranan elektrik siqnallarını oxuyur və fotoaparatın obyektivinin zumu kimi işləyəcək.

 

Linzalar siqnalları beş elektroddan qəbul edir. Belə qurğunu görmə qabiliyyətində pozulma olan insanlar da istifadə edə bilər. Qurğu impulsları qəbul edəcək. Hələ ki bu, yalnız prototipdir və kütləvi istehsal haqqında danışmaq hələ tezdir. Ancaq alimlər layihənin üzərində işləməyə davam edirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL