waplog

Bəşəriyyət 2019-cu il üçün torpaq ehtiyatlarının “büdcə”sini sərf edib


Son 20 ildə Ümumdünya Ekoloji Borc Günü (Earth Overshoot Day) 2 ay əvvəl başlayıb. Cari ildə isə bu əlamətdar gün bütün tarix ərzində rekord olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Ekoloji Borc Günündə il ərzində insan tərəfindən istifadə edilən bərpa olunan resursların miqdarı Yerin hasil edə bildiyi həcmi üstələməyə başlayır. Tədqiqatçılar insanların bərpa edilən resursların sərfiyyatını planetin biotutumu ilə müqayisə edirlər. Kaliforniya ekoloqlar qrupunun hesablamasına görə, bəşəriyyətin hazırkı tələbat templəri ilə tələbatının ödənilməsi üçün kifayət qədər resursun hasil edilməsi məqsədilə 1,75 Yer lazım olacaq. Bu isə o deməkdir ki, bəşəriyyət hazırda təbiətdən bütün ekosistemlərin bərpa edilməsindən 1,75 dəfə sürətli istifadə edir. Bu, 1,75 Yerdən istifadəyə bənzəyir.

 

Qlobal ekoloji israf meşəsizlik, torpaq eroziyası, növlərin nəslinin kəsilməsi və ya atmosferdə karbon qazının toplanması fonunda getdikcə daha aydın görünür. Atmosferdə karbon qazının toplanması iqlim dəyişikliklərinə və tez-tez təbii fəlakətlərə səbəb olur. Tədqiqatçıların sözlərinə görə, 1,75 planetdən istifadə dağıdıcı nəticələrsiz ötüşə bilməz. Ekoloji Borc Gününün getdikcə daha tez gəlişinin əsas səbəblərindən biri kimi məhz atmosferdə karbon qazının həcminin artması göstərilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL