waplog

“Xiaomi” şirkəti "ağıllı" mikrodalğalı soba təqdim edib


“Xiaomi” şirkəti ona məxsus “Mijia” brendi ilə birgə mobil proqram vasitəsilə idarə olunan "ağıllı" mikrodalğalı soba istehsal edib. Çində 399 yuan dəyərində yeni soba avqustun 1-dən satışa çıxarılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, mikrodalğalı sobanın həcmi 20 litrdir. Cihazı “Wi-Fi” (802.11 b/g/n, 2,4 QHs) simsiz şəbəkəsinə qoşmaq və səsli əmrlərin köməyi ilə idarə etmək olar. Mobil proqramda yeni reseptlərə baxmaq, temperaturu təyin etmək və “Mijia Microwave Oven” cihazının müxtəlif funksiyalarını idarə etmək olar.

 

“Mijia” mikrodalğalı sobasının ön tərəfində displey, vaxt və gücü tənzimləmək üçün fırlanan düymə, həmçinin 26 iş rejimini sazlamaq üçün 2 sensor düymə mövcuddur. Sobanın daxilində “Toshiba” şirkətinin istehsalı olan 700 vatt gücündə maqnetron quraşdırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL