waplog

“5G” şəbəkəsini dəstəkləyən oyun smartfonu yaradılacaq


"Qualcomm" və "Tencent" şirkətləri oyun sənayesi sahəsində əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində birgə məhsullardan biri "Snapdragon" prosessoruna malik və "5G" şəbəkəsini dəstəkləyən oyun smartfonu olacaq. Smartfon Çinin texnoloji nəhənginin video servisləri ilə iş üçün optimallaşdırılacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Qualcomm" uzun müddətdir mobil platformalar üçün ən böyük tədarükçülərdən biri kimi tanınır. Öz növbəsində "Tencent" 452 milyard dollarlıq kapitallaşdırılma ilə Çinin proqram təminatının hazırlanması bazarında böyük paya sahibdir. Nəhəng proqram təminatı istehsalçısının məşhur məhsullarından biri "WeChat" messenceridir.

 

Saziş "Tencent" oyunlarının "Qualcomm" çipləri bazasında hazırlanan "Android" mobil əməliyyat sistemli smartfonlar üçün optimallaşdırılmasının təkmilləşdirilməsini nəzərdə tutur. Şirkətlərin planlarına oyun smartfonunun "5G" versiyasının birgə hazırlanması da daxildir.

 

Yeni qurğunun buraxılmasında məqsəd "Tencent" striminq servislərinin populyarlaşdırılması və şəbəkə ilə aktiv trafik ötürülməsi tələb edən onlayn oyunların fəaliyyətinin fasiləsiz təmin edilməsidir. Çin şirkəti ABŞ-ın "Microsoft Azure" platformasının analoqu kimi qələmə verilən müvafiq "Instant Play" servisi üzərində aktiv iş aparır.

 

"5G" şəbəkəsini dəstəkləyən oyun smartfonunun təqdimat tarixi barədə məlumat verilmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL