waplog

Rusiya və İsraildən olan alimlər robotlar tərəfindən yerinə yetirilən tapşırıqların müddətini 20% azaldan alqoritm hazırlayıblar


Rusiyalı alimlər israilli həmkarları ilə birgə robotların optimal hərəkət trayektoriyasını planlaşdırmağa imkan verən yeni alqoritm hazırlayıblar. Yeni alqoritm sayəsində robotlar tərəfindən icra olunan tapşırıqların müddətini 20% azaltmaq mümkün olub ki, bu da analoqların əksəriyyətini üstələyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, bir çox mobil agentin (robotlar da daxildir) qapalı məkanda təhlükəsiz naviqasiya problemi hazırda çox aktualdır. Məsələn, bir çox böyük şirkətlər anbarlarda avtomatlaşdırılmış xidmətdən istifadəyə keçir, yəni məhsullar robotlar tərəfindən yerləşdirilir. Məhsulların təhlükəsiz və sürətli yerləşdirilməsi üçün alqoritmlərin yaradılmasına ehtiyac yaranır. Yanaşmalardan biri ən qısa təhlükəsiz trayektoriyaların planlaşdırılmasına əsaslanır, bunun nəticəsində robotlar toqquşmalardan uzaq ola və minimum vaxt sərf edə bilərlər.

 

Tədqiqatçılar sınaqlar zamanı (robotların sayı 4-20 arasında olub) alqoritmin səmərəliliyini sübut ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL