waplog

Rusiyada “hərbi internet” layihəsinin sınağı keçirilib


Rusiya Müdafiə Nazirliyi “hərbi internet” layihəsi hazırlayaraq sınağına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, testlər Rusiyanın Mərkəzi Hərbi Dairəsində baş tutub. Layihənin həyata keçirilməsi üçün yüksək mühafizə dərəcəsinə malik xüsusi rabitə kanalları yaradılıb. Hərbçilər arasında audio və videofayl mübadiləsi 2 min kilometr məsafədə aparılıb. Belə simsiz şəbəkənin yaradılması üçün 1,5 minə yaxın müasir rabitə və şifrləmə vasitəsi cəlb olunub.

 

Məlumata görə, sınaqlar zamanı məlumatlar saniyədə 300 meqabit sürətlə ötürülüb. Mütəxəssislərin sözlərinə görə, belə şəbəkəyə qanunsuz müdaxilə qeyri-mümkündür. Belə ki, o, haker hücumları və kənar müdaxilələrdən etibarlı qorunur.

 

Bütün texnikanın qurulması üçün 1 saata yaxın vaxt sərf olunub. Yaradılmış simsiz şəbəkə tam avtonomdur və qlobal internetə çıxış imkanından məhrumdur. Perspektivdə belə rabitə xətləri təlimlərin keçirilməsi və ya döyüş əməliyyatları zamanı lokal tapşırıqların yerinə yetirilməsi üçün istifadə oluna bilər.

 

Bu il Rusiya Silahlı Qüvvələrində “hərbi suveren internet”in – multiservis nəqliyyat rabitə şəbəkəsi adlanan qapalı rəqəmli informasiya mübadiləsi sisteminin yaradılmasına da başlanılıb. Şəbəkənin Rusiyanın elektron təhlükəsizliyini ölkənin mühafizəli qlobal internet seqmenti ilə eyni dərəcədə təmin edəcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL