waplog

Planşet bazarında 12%-lik azalma qeydə alınıb


“Digitimes Research”in analitiklərinin proqnozuna görə, 2019-cu ilin ikinci rübündə qlobal planşet bazarının həcmi 32,66 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 11,9% azdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklər planşetlərin tədarük həcminin azalmasını yeni “iPad” modellərinin təqdim olunmaması, brend olmayan cihazlara tələbatın zəif olması və ABŞ-ın “Huawei” şirkətinə qarşı sanksiyaları ilə izah ediblər.

 

Ekspertlərin fikrincə, 2019-cu ilin aprel-iyun aylarının nəticəsinə görə, “Apple” korporasiyası ən böyük planşet istehsalçısıdır. İkinci yeri “Samsung”, üçüncünü isə “Amazon” şirkətləri tutublar.

 

“Huawei” şirkəti ən böyük planşet istehsalçılarının reytinqində dördüncü yerə düşüb, “Lenovo” isə yenidən beşinci yerdə qərarlaşıb.

 

Analitiklərin proqnozuna görə, 2019-cu ilin üçüncü rübündə planşet bazarının həcmi mövsümi amil, yeni “iPad” planşetlərinin təqdimatı və “Huawei” avadanlıqlarının tədarükünün tədricən bərpası sayəsində 19,3% yüksələcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL