waplog

“AzInTelecom” ali təhsil müəssisələrinin İT sistemlərinin mərkəzləşdirilmiş idarəetməsinə şərait yaradacaq


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir.

İlk mərhələdə ali təhsil müəssisələrinə lisenziyaların paylanması nəzərdə tutulur. Bu məqsədlə ali məktəblər üçün təşkil olunan tədbirdə ölkəmizin bir çox təhsil ocaqlarının İT mütəxəssisləri iştirak ediblər. Tədbir zamanı təhsilə aid məhsullar barədə ətraflı məlumat verilib, sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, “AzInTelecom” tərəfindən ödənişsiz təqdim edilən bu lisenziyalardan istifadə ali təhsil müəssisələrində İT sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə şərait yaradacaq.
Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimləri lisenziyalarla təmin etməyə imkan verəcək. Hazırda tələbələr www.edulicense.az saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə piratçılıq səviyyəsinin azalmasına gətirib çıxaracaq.

Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL