waplog

“Fine Ranging” Konsorsiumu yaradılıb


“HID Global”, “NXP Semiconductors”, “Samsung Electronics” və “Bosch” şirkətləri “Fine Ranging” (məsafənin dəqiq ölçülməsi – FiRa) adlı konsorsium yaradıblar. Konsorsium genişzolaqlı rabitə ekosisteminin (UWB) inkişafı və ondan məsafənin dəqiq ölçülməsi imkanına əsaslanan istifadə üzrə yeni variantların irəliləyişi üçün nəzərdə tutulub. “Sony Imaging Products & Solutions” və “LitePoint” şirkətləri, eləcə də Telekommunikasiya Texnologiyaları Assosiasiyası (TTA) artıq konsorsiuma qoşulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “UWB” texnologiyasının əsasını simsiz rabitənin aşağı sürətli məlumat ötürmə xüsusiyyətlərini müəyyənləşdirən və məsafənin ölçülməsi imkanına malik “IEEE 802.15.4/4z” standartı təşkil edir. “FiRa” Konsorsiumu “IEEE 802.15.4/4z” əsasında qarşılıqlı rabitə standartı hazırlamaq və “IEEE” standartı çərçivəsindən kənar yeni mexanizmlər müəyyənləşdirmək niyyətindədir. Bundan başqa, təşkilat “UWB” texnologiyasının tətbiqi üçün konkret variantların sürətli hazırlanmasına xidmət edən tədbirlərin keçirilməsini planlaşdırır.

 

Məlumata görə, “UWB” vasitəsilə məsafənin ölçülməsi və ya hədəfin nisbi vəziyyətinin müəyyənləşdirilməsi zamanı tam dəqiqliyi təmin etmək mümkün olacaq. “UWB” xüsusilə çətin şəraitlərdə dəqiqlik, enerji sərfiyyatı, bağlantı və təhlükəsizlik baxımından digər texnologiyaları xeyli üstələyir.

 

“UWB” texnologiyasının unikal imkanları onun əksər sahələr üçün əhəmiyyətli olacağını vəd edir. Məsələn, bu, insanın mühafizəli girişə yaxınlaşmasını müəyyənləşdirmək, hesab məlumatlarının yoxlanılması və hesab məlumatlarını fiziki təqdim etmədən çıxış üçün kontaktsız nəzarət deməkdir.

 

İki qurğu arasında məsafə və istiqamətin nisbi dəqiqliyi haqqında məlumatları təmin edən “UWB” onlara əlavə infrastruktursuz bir-birinin yerləşdiyi yeri tapmağa imkan verir. Bu isə insanlara əhalinin çox olduğu yerlərdə bir-birini və ya gizli yerlərdə əşyaları asanlıqla tapmağa şərait yaradır.

 

Aşağı güclü spektral sıxlıq sayəsində digər simsiz standartlar üçün maneələr yaratmayan “UWB” texnologiyası “NFC”, “Bluetooth” və “Wi-Fi” daxil olmaqla digər simsiz texnologiyalarla istifadə üçün uyğunluq təşkil edir.

 

Təşkilatçılar bütün maraqlı tərəfləri sahə üzrə tendensiyalara təsir imkanına malik olmaq, texniki detalları tez əldə etmək, birgə məhsulları sertifikatlaşdırmaq, “UWB” ekosistemini genişləndirmək və təcrübə mübadiləsi aparmaq üçün konsorsiuma qoşulmağa çağırıblar.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL