waplog

“Apple” şirkəti “Siri” səs köməkçisi vasitəsilə istifadəçiləri dinləməkdən imtina edəcək


"Apple" şirkəti "Siri" səs köməkçisinin keyfiyyətinə nəzarət edən fəaliyyətini dayandırıb. Bəzi kənar tərtibatçılar həmin proqram vasitəsilə istifadəçilərin sorğularına müdaxilə edə bilirdilər. Bu haqda "TechCrunch" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, kənar tərtibatçılar bir neçə saniyə davam edən səs sorğularının 1%-ni dinləmək imkanına malik olublar. Bu layihənin əsas məqsədi "Siri" səs köməkçisində danışığın tanınmasının keyfiyyətinin yüksəldilməsi idi, ancaq istifadəçilərə onların mesajının dinlənilə bilməsi xoş deyildi.

 

Bundan əvvəl "Apple"ın podratçılarından birinə istinadən "Guardian" nəşri yazmışdı ki, "Siri" səs köməkçisi məxfi informasiyanı yaza bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL