waplog

Qlobal planşet bazarının həcmi 5% azalıb


2019-cu ilin ikinci rübündə ənənəvi və hibrid modellər daxil olmaqla qlobal planşet tədarükünün həcmi illik hesablamada 5% azalaraq 32,2 milyon səviyyəsində olub. “IDC” analitik şirkətinin yeni hesabatında bu barədə məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, planşet bazarının lideri olan “Apple” korporasiyası planşetlərin tədarük həcmini 6,1% artıraraq 12,3 milyona çatdırıb. Nəticədə “iPad” planşet kompüterlərinin bazar payı 4% yüksələrək 38,1%-ə yaxınlaşıb. “iPad Air” yenilənmiş modelinin çıxarılması sayəsində şirkət çıxarılıb taxılan klaviaturaya malik planşetlərinin tədarük həcmini 2 dəfə artırıb. Lakin ənənəvi “iPad” cihazlarının tədarük həcmi 2018-ci ilin aprel-iyun ayları ilə müqayisədə 7,5% azalıb.

 

“Samsung” şirkəti reytinqdə ikinci yerini qoruyub saxlamağa davam edir və hətta bazar payını artırıb. Cənubi Koreya nəhəngi 4,9 milyon planşet çıxarıb ki, bu da ötən illə müqayisədə 3,1% azdır. “Samsung”un qlobal tədarük həcminə töhfəsi 2018-ci ilin aprel-iyun ayları ilə (14,9%) müqayisədə 15,2% təşkil edib.

 

“Huawei” şirkəti siyasi çətinliklərə baxmayaraq reytinqdə üçüncü yeri və öz bazar payını qoruyub saxlayıb. “Huawei”nin planşetlərinin tədarükü 3,3 milyon səviyyəsində olub ki, bu da 10,3% bazar payı göstəricisinə uyğundur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL