waplog

Yaponiyada kosmik qoşunlar yaradılacaq


Yaponiyada 2020-ci ildə Milli Özünümüdafiə Qüvvələri tərkibində ilk kosmik bölmənin yaradılması planlaşdırılır. Bu barədə yerli “Yomiuri” qəzeti məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, kosmik bölməyə daxil olacaq 70 mütəxəssis hazırlıq keçmək üçün Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency – JAXA) və ABŞ Silahlı Qüvvələrinə göndəriləcək.

 

Bildirilir ki, Yaponiya ABŞ-ın 2020-ci ildə Kosmik Qüvvələr yaratmaqla bağlı planları ilə əlaqədar kosmik qoşunların 2022-ci ilə nəzərdə tutulan formalaşdırılması müddətini təxirə salıb. Bu iki qurumun sıx əməkdaşlıq edəcəyi gözlənilir.

 

Yaponiya Kosmik Qoşunlarının mənzil-qərargahı Tokio prefekturasında Futyu şəhərində yerləşəcək. Bölmənin əsas vəzifəsi digər ölkələrin peykləri tərəfindən mümkün hücumlara qarşı mübarizə, eləcə də Yaponiya aparatlarının “kosmik zibil”lə toqquşmasının qarşısının alınması məqsədilə kosmik məkana nəzarət olacaq. Bu məqsədlə 2023-cü ildə istismara veriləcək yerüstü radar və teleskoplardan istifadə edilməklə xüsusi monitorinq sistemi də hazırlanır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL