waplog

Çində tunellərin inşası üzrə ilk beynəlxalq şirkət istifadəyə veriləcək


"Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru İlon Mask "Twitter" səhifəsində avqustun sonunda Şanxayda "The Boring Company" bölməsinin – infrastruktur və tunellərin inşası üzrə ilk beynəlxalq şirkətin istifadəyə veriləcəyini yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "The Boring Company" təsisçisi təsdiq edib ki, şirkət Los-Anceles, Çikaqo, Merilend və Las-Veqasda planlaşdırılan layihələrə əlavə olaraq Çində sualtı tunellərin tikintisinə başlayacaq. "The Boring Company" 2016-cı ildə "SpaceX" korporasiyasının törəmə şirkəti qismində yaradılıb. Sahibkarın sözlərinə görə, nəqliyyatla yüklənmiş Los-Anceles onu yeraltı nəqliyyat tunellərinin çəkilməsi üçün avadanlıqların yaradılması ilə bağlı planlar hazırlamağa sövq edib ki, bu da yollarda tıxacla bağlı problemlərin həllinə kömək edəcək.

 

Məlumata görə, tunellərin inşası üzrə müəssisə ilk layihəni (Las-Veqas konfrans mərkəzinin iki istiqamətini birləşdirən tunel) 2019-cu ilin sonunadək başa çatdırmağı planlaşdırır. Hazırda şirkət tərəfindən "SpaceX" şirkətinin Kaliforniyada yerləşən mənzil-qərargahında 3,2 km uzunluğunda sınaq tuneli tikilib. "The Boring Company" planlarına Çikaqoda, eləcə də Baltimor və Vaşinqton arasında nəqliyyat tunellərinin tikintisi ilə bağlı planlar daxildir.

 

İ.Maskın avqustun 29-31-də keçiriləcək və sənaye inkişafı və texnoloji innovasiyalara həsr ediləcək Ümumdünya Süni İntellekt Konfransında çıxış edəcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL