waplog

Aİ-də “Facebook” şəbəkəsinin “Like” düyməli saytları istifadəçi məlumatlarının toplanılması haqqında xəbərdarlıq edəcək


İyulun 30-da Avropa İttifaqı Ali Məhkəməsi “Facebook” sosial şəbəkəsinin “Like” düyməsini öz veb saytlarına inteqrasiya edən şirkətlərin istifadəçilərdən fərdi məlumatların ABŞ-a ötürülməsi üçün razılıq alması ilə bağlı qərar çıxarıb. Bu barədə Aİ qanunvericiliyində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırda məlumatların ötürülməsi ilə bağlı qərar istifadəçi tərəfindən əlavə təsdiqsiz və onun “Facebook” sosial şəbəkəsinin hesabı olmadan həyata keçirilir. Beləliklə, Aİ-nin fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq bu pozuntudur ki, onu da aradan qaldırmaq tələb olunur.

 

Avropa İstehlakçılar Təşkilatının nümayəndələrinin sözlərinə görə, qərar istifadəçilərin məlumatların toplanılması və onların veb saytlar tərəfindən necə istifadə olunması haqqında daim məlumat almaq hüququnu nəzərdə tutur.

 

Bununla yanaşı, artıq Almaniyanın “Bitkom” onlayn biznes Ticarət Federasiyası məhkəmənin qərarını tənqid edərək bunun istifadəçi məlumatlarının mühafizəsinə deyil, bürokratiyanın artmasına xidmət edəcəyini bildirib. Federasiya təmsilçisi Bernard Rolderin sözlərinə görə, qərar təkcə “Facebook” deyil, eyni zamanda digər sosial şəbəkələrə və Aİ biznes sektoruna təsir göstərəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL