waplog

Yaponiyada sərnişin dronu sınaqdan keçirilib


Yaponiyanın “NEC” korporasiyası sərnişinlər üçün nəzərdə tutulmuş pilotsuz təyyarə prototipinin uçuş sınaqlarını keçirib. Qısa nümayiş uçuşu Tokionun ətrafında yerləşən sınaq poliqonunda keçirilib: təxminən 3 metr hündürlüyə qalxan "uçan avtomobil" 1 dəqiqə havada qalıb və sonra yerə enib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, aparat təhlükəsizlik məqsədilə hər bir tərəfi hasarlanmış "qəfəs"də sınaqdan keçirilib, onun quyruq hissəsi isə burazla yerə bağlanıb. Bundan başqa, hava nəqliyyatının bortunda heç kim olmayıb.
 
"Yaponiya – əhalisi sıx məskunlaşmış ölkədir, bu səbəbdən uçan avtomobillər ictimai yollara düşən yükü xeyli azalda bilər" – “NEC” layihəsinin rəhbərlərindən biri olan Kudji Okada deyib.
Yaponiya hakimiyyətinin gözləntisinə görə, 2023-cü ilədək belə pilotsuz təyyarələr malların çatdırılması, sonralar isə sərnişin daşınması ilə məşğul olacaq. “NEC”-in tərəfdaşı olan “Cartivator” şirkəti 2026-cı ildə "uçan maşınlar"ın kütləvi istehsalına başlamağı planlaşdırır. 

 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL