waplog

“Apple Card” bank kartının buraxılışına başlanılıb


“Apple” şirkəti “Goldman Sachs Group” bankı ilə birgə martda nümayiş olunan “Apple Card” virtual bank kartının ilkin buraxılışına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, karta sahib olmağa maraq göstərən məhdud saylı istifadəçilərə qeydiyyatdan keçmək üçün dəvətnamələrin göndərilməsinə başlanılıb.

 

“Apple Card” “iPhone” smartfonu ilə istifadə üçün nəzərdə tutulub. Kartın sahibi qeydiyyatdan keçdikdən sonra ondan alış-verişlər üçün istifadə edə biləcək.

 

Smartfonda “iOS 12.4” sisteminin quraşdırılmasını tələb edən qeydiyyat prosesində istifadəçinin ünvanı, doğum tarixi, gəlir səviyyəsi və sosial sığorta kartının son dörd rəqəmi daxil edilir. Bu informasiya müraciəti real vaxt rejimində müsbət cavablandıracaq və ya rədd edəcək “Goldman Sachs” bankına göndərilir.

 

“Apple” şirkəti kartın nömrəsi görünməyən titandan hazırlanan fiziki versiyasını da təklif edir.

 

“Apple Card” virtual bank kartından avqustun sonundan etibarən ABŞ-ın bütün “iPhone” smartfon sahibləri istifadə edə biləcəklər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL