waplog

“Amazon”un avtonom robotları Kaliforniyada yüklərin çatdırılmasına başlayıb


“Amazon Scout” adlı altıtəkərli robotlar Kaliforniya ştatının İrvayn şəhərində yüklərin çatdırılmasına başlayıb. İlk aylar şirkətin əməkdaşları robotları müşayiət edəcəklər, istehsalçılar robotların zibil çənlərinə zərər vurmasından narahatdırlar. Həmçinin əməkdaşlar yoldan keçənlərin və sürücülərin robota olan reaksiyasını qiymətləndirəcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Amazon” şirkəti Kaliforniyanı ona görə seçib ki, çünki məhz bu ərazidə ən dəyişkən hava müşahidə olunur, istehsalçılar robotu müxtəlif hava şəraitində sınaqdan keçirmək istəyirlər.

 

“Amazon”un rəsmisi bildirib ki, robotların köməyi ilə yüklərin çatdırılması bazar ertəsindən cümə gününədək günün işıqlı vaxtında həyata keçiriləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL