waplog

Bakı-Ələt optik kabelin tikintisi başa çatdı


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt rabitəsinin daha da modernləşdirilməsi, sakinlərin yüksək keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə rədbirlər görülür.

BTRİB-in baş direktor müavini Xankişi Kişiyev bildirib ki, tədbirlər planının tərkib hissəsi olaraq paytaxtın cənub hissəsində optik kabel xəttinin tikintisi başa çatdırılıb. “Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edir”.

Bu, paytaxt rabitəsinin Bakı-Astara TAE xəttindən asılılığının da aradan qaldırılması deməkdir. Belə ki, əvvəllər adıçəkilən istiqamətdə rabitə bu xətt ilə təmin edilirdi. Hazırda isə BTRİB-in Ələt istiqamətində müstəqil optik kabel rabitəsi mövcuddur.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsi sakinlərin rabitə xidməti ilə yanaşı, gələcəkdə Qaradağ rayonu ərazisində nəzərdə tutulan İqtisadi zonanın, Sənaye şəhərciyinin və hazırda tikintisi sürətlə davam etdirilən Dəniz Limanının informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə hesablanıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL