waplog

Rusiyada iki kosmik aparatdan informasiyanın qəbulu üzrə eksperiment həyata keçirilib


Rusiya Kosmik Fəaliyyət üzrə Dövlət Korporasiyası (Roskosmos) eyni anda iki kosmik aparatdan informasiyanın qəbulu üzrə uğurlu eksperiment həyata keçirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət eyni vaxtda bir neçə kosmik aparatdan məlumatların qəbuluna imkan verən “Multiple Spacecraft Per Aperture” (MSPA) texnologiyasının tətbiqindən gedir.

 

Məlumata görə, eksperiment zamanı informasiya “ExoMars-2016” missiyasının “TGO” (Trace Gas Orbiter) orbital modulu və Avropanın “Mars Express” kosmik aparatından daxil olub. Hər iki peyk Qırmızı planetin tədqiqi ilə məşğuldur.

 

Eyni anda iki peykdən göstəricilərin qəbulu üçün Rusiya elmi informasiya qəbulu kompleksi cəlb olunub.

 

Eksperimentdən məlum olub ki, eyni anda bir neçə peykdən informasiyanın qəbulu Rusiyanın yerüstü infrastrukturunda əlavə təkmilləşdirmə işləri aparılmadan onun əsasında uğurla həyata keçirilə bilər.

 

“Kosmik dövlətlər tərəfindən Marsda tədqiqatların aparılmasına artan maraq fonunda belə yanaşmadan istifadə xüsusilə aktualdır. Çünki o, uzaq kosmosun tədqiqi üzrə Rusiya proqramlarının icrasına ziyan vurmadan xarici kosmik aparatlarla işləməyə imkan verir”, – mütəxəssislər bildirib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL