waplog

“British Airways” aviaşirkəti “biznes klass” uçuşlarında virtual reallıq texnologiyasını sınaqdan keçirir


“British Airways” aviaşirkəti virtual reallıq (VR) texnologiyasını sınaqdan keçirməyə başlayıb. “The Verge” dərgisi yazır ki, sərnişinləri reallıqdan ayıran şirkət onlara aerofobiya ilə mübarizə aparmaqda kömək etmək istəyir. Sərnişinlər virtual dünyada olarkən yerdən minlərlə metr yüksəklikdə olduqları və saatda yüzlərlə kilometr sürətlə hərəkət etdikləri barədə düşünə bilmirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, “British Airways”in virtual reallıq texnologiyasından istifadə üzrə pilot proqramı artıq istifadəyə verilib. Hitrou Hava Limanı (London) və Con Kennedi adına Beynəlxalq Hava Limanı (Nyu-York) arasında həyata keçirilən bəzi reyslərdə “SkyLights” sərnişinlərə “biznes klass” uçuşlarında virtual reallıq şlemləri təklif edir.

 

Təyyarənin bortunda virtual reallıq şlemləri üçün məzmun bədii və sənədli filmlər, həmçinin 2D, 3D və 360 dərəcəlik formatda televiziya şoularını əhatə edir. Bundan başqa, sərnişinlər uçuş zamanı əsəb sistemini sakitləşdirmək üçün meditasiya proqramlarından istifadə edə bilərlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL