waplog

MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə keçirilən Dünya Çempionatında ikinci yerə layiq görülüb.

 

Qırğızıstanın Çolpon-Atada şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 107 idmançı (86 kişi, 21 qadın) istirak edib.

 

Həmyerlimiz yarımfinalda qırğız bilyard ustası Əziz Madaminovu məğlub edərək finala vəsiqə qazanıb.

 

Finalda rusiyalı Semyon Zaytsevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.

 

Qeyd edək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub.

 

Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.

 

 

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL