waplog

Robot it komandalara reaksiya verir


ABŞ-ın Florida Atlantik Universitetinin alimləri dərin təlim və süni intellekt texnologiyası vasitəsilə "Astro" adlı robot it yaradıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, bu, kompüterləşdirilmiş beyinlə təchiz edilən yeganə unikal robotdur. Mütəxəssislərin sözlərinə görə, "Astro" təhlükəsizlik qüvvələrinə qadağan edilmiş əşyaların aşkarlanması, eləcə də təbii fəlakət yerlərinin axtarışı zamanı kömək üçün nəzərdə tutulub. Ondan, həmçinin bələdçi it kimi istifadə mümkündür.

 

Məlumata görə, "Astro" robotunu əvvəlcədən proqramlaşdırmağa ehtiyac yoxdur. Bunun əvəzinə o, süni beyin sayəsində canlı küçük kimi öyrənəcək. Dərin təlim neyron şəbəkəsi faydalı tapşırıqların yerinə yetirilməsi üçün minlərlə növ təcrübə mənimsəyə bilir. "Astro" robotunun çoxlu ötürücülərlə (kamerlar, yönəldilmiş mikrofon, qaz ötürücüləri və radiolokasiya təsvirləri) təchiz edilməsi ona real vaxt rejimində ətraf mühitlə ünsiyyət qurmağa imkan verir.

 

Tədqiqatçıların sözlərinə görə, "Astro" müxtəlif dilləri başa düşür, rəngləri və insan sifətlərini fərqləndirir, jestlərə reaksiya verir və uyğun dronlarla öz işini koordinasiya edir. "Astro" robotu beynin tədqiqində davranış, neyrofizioloji və hesablama yanaşmalarının daxil olduğu koqnitiv neyrobiologiyada zəhmətli iş və geniş təcrübə nəticəsində ərsəyə gəlib.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL