waplog

Yeni ekzoskelet yerimə və qaçışı asanlaşdıracaq


ABŞ və Cənubi Koreya beynəlxalq alimlər qrupu eyni anda insanın həm yerimə, həm də qaçış zamanı enerji sərfiyyatını azaltmağa imkan verən xüsusi portativ kostyum ekzoskelet yaradıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Evo-Rus.” resursuna istinadən yazır ki, yeni qurğu aktivlik profilləri arasında keçid edərək istifadəçinin kütlə mərkəzinin potensial enerji dəyişikliklərini analiz edir.

 

Məlumata görə, ekzoskelet insan hərəkət tipini (yerimə və ya qaçış) avtomatik müəyyənləşdirərək ona uyğunlaşır. O, müəyyən məqamlarda ayaqları dartır, əzələlərin işini asanlaşdırır və insanın enerji sərfiyyatını azaldır.

 

Yerimə zamanı insanın enerji sərfiyyatı 9,3 faiz, qaçışda isə 4 faiz azalır. Kənar qurğulara qoşulma tələb etməyən ekzoskelet tam avtonom işləyir. O, ayrı-ayrılıqda bud, bel və çiyinə bərkidilən bir neçə hissədən ibarətdir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL