waplog

Dünyada ilk dəfə depressiyanı müalicə edən cihaz satışa çıxarılıb


“Flow” şirkəti depressiyanın ev şəraitində müalicə edən cihazın satışına başlayıb. Sözügedən cihaz beyin neyronlarını zəif elektrik boşalması ilə stimullaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, istehsalçının məlumatına görə, depressiya diaqnozu qoyulmuş insanlarda adətən beynin sol alın hissəsində aşağı aktivlik müşahidə olunur. Yeni cihaz neyronların aktivləşdirilməsi və aktivliyin bərpası üçün onlara zəif elektrik siqnalı verir.

 

“Flow” adlı cihaz görünüşcə virtual reallıq şlemini xatırladır.

 

Şirkətin nümayəndələri bildiriblər ki, sözügedən cihazın satışına icazə almazdan öncə onu 500 pasiyent üzərində sınaqdan keçiriblər.

 

Prosedurlar təxminən 30 dəqiqə davam edir, həftədə həkim konsultasiyası olmadan 3-dək seans tövsiyə edilir. Cihaz “iOS” sistemli qurğulardan xüsusi proqram vasitəsilə idarə olunur.

 

“Flow” cihazının qiyməti 480 dollar, “HeadSpace” proqramına illik abunənin dəyəri isə 95 dollar təşkil edir.

 

“Flow” – 2016-cı ildə təsis edilmiş İsveçin tibbi texnologiya şirkətidir. Şirkətin baş direktoru psixoloq Daniel Manssondur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL